Ovik Ağazaryana ŞOK

Ovik Ağazaryana ŞOK
26 Mar 2025 17:04

Ermənistan parlamentinin İrəvanda keçirilən iclasında baş nazir Nikol Paşinyanın keçmiş tərəfdaşı, deputat Ovik Ağazaryanın cinayət təqibinin başlanmasına razılıq verilməsi məsələsinin müzakirəsi başlayıb.

News365.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu müvafiq vəsatətlə çıxış edib.

Ağazaryan xırdabuynuzlu mal-qara ixracında iki sahibkarın müdafiəsini təmin etməkdə şübhəli bilinir. Belə ki, iş materiallarına görə, deputat iş adamlarına qanuni prosedurlardan yayınaraq külli miqdarda xırdabuynuzlu mal-qaranın BƏƏ-yə ixracını təşkil edəcəyini vəd verərək onlardan 200-300 min dollar tələb edib.

Erməni deputat ittihamları rədd edir.


Sizin reklam burada
Sizin reklam burada