Ötən gün bank kartlarından 40 min manatdan çox pul OĞURLANDI – DİN-dən ÇAĞIRIŞ

Ötən gün bank kartlarından 40 min manatdan çox pul OĞURLANDI – DİN-dən ÇAĞIRIŞ
10 Apr 2025 11:06

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir.

Bu barədə News365.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.


Qeyd edilib ki, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır:

"Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar".

Bildirilib ki, aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat (39504 manat) və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - məlumatda vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada