Rejissor Bredi Korbet hazırki Oskar yarışının favoritlərindən olan “Brütalist” filmindən heç nə qazanmadığını etiraf edib. Bu barədə Deadline nəşri məlumat bildirir.
“Çəkdiyimiz son iki filmdən sıfır dollar qazandıq. Bəli sıfır, tam sıfır... Biz üç il əvvəl aldığımız maaşla yaşamağa başladıq",- rejissor gileylənib.
Korbet onu da bildirib ki, 2025-ci il Oskar mükafatına namizəd olan rejissorların əksəriyyəti pul problemindən şikayətlənir.
“Bu il filmləri namizəd olan və kirayə haqqını ödəyə bilməyən bir çox rejissorla danışmışam”,- deyə rejissor qeyd edib.
Sənətçinin sözlərinə görə, vəsait çatışmazlığı rejissorlara filmlərini tanıtmaq üçün press-tur üçün pul verilməməsi ilə bağlıdır. O misal üçün qeyd edib ki, "Brutalist"in ötən ilin sentyabrında Kann Film Festivalında premyerası olub və o vaxtdan filmini təbliğ etmək üçün dünyanı gəzib.
Tural