Məşhur amerikalı müğənni Billi Eylişin “Birds of a Feather” mahnısı 2024-cü ildə “Spotify” platformasında ən çox dinlənilən musiqi olub.
News365.az "Variety" nəşrinə istinadən xəbər verir ki, musiqi platformada 1,8 milyard dəfəyə yaxın dinlənilib.
O, Sabrina Karpenterin 1.774 milyard dəfə dinlənilən “Espresso” musiqisini geridə qoyub.