“Ona bir şey olsa, mən də yaşaya bilmərəm” – VİDEO

“Ona bir şey olsa, mən də yaşaya bilmərəm” – VİDEO
14 İyn 2025 15:58

"Bacıma o qədər bağlı idim ki, o, ailə quranda sarılıq tutdum. 5 yaşım var idi. Hər yerə apardılar, bir qadın dedi ki, fikir edir, kim üçün darıxır onun yanına aparın. Apardılar və həmin an sarılıq getdi".

Bu sözləri müğənni Mətanət Əsədova "Etiraf" verilişində deyib. Sənətçi bacısından danışarkən kövrəlib:

"Bacıma bir şey olsa, inanmıram yaşaya bilim. Çox əxlaqlı, abırlı bir bacıdır. Nə qədər xoşbəxtəm ki, mənim böyüyüm odur. Ona nəsə olsa, musiqidən gedərəm".



Sizin reklam burada
Sizin reklam burada