Metroda problem var: Qatarlar tuneldə qaldı - YENİLƏNDİ

Metroda problem var: Qatarlar tuneldə qaldı - YENİLƏNDİ
09:39

"Bakı Metropoliteni" QSC qatarların intervalında gecikmə məsələsinə aydınlıq gətirib.

Qeyd olunub ki, Bakı Metropolitenində sərnişin sıxlığı səbəbi ilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur:

"Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanırlar. Bu isə arxadan gələn qatarların tunellərdə və stansiyalarda dayanmasına səbəb olur. "Qırmızı" və "Yaşıl xət"lər "28 May" stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, gecikmələrə yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər". /// bakıvaxtı

***

Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.

News365.az xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.

“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlamışıq.


Sizin reklam burada
Sizin reklam burada