ƏDV qərarı narazılıq doğurdu: Hüquqşünasdan etiraz

ƏDV qərarı narazılıq doğurdu: Hüquqşünasdan etiraz
09:50

“Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən yeni ildən elektrik mühərriki ilə işləyən avtomobillərin də idxalı və satışı ƏDV-yə cəlb olunacaq. Hazırda Məcəllənin 164.1.41-ci maddəsinə əsasən həmin avtomobillər ƏDV-dən azaddır. Qanunu Milli Məclis III oxunuşa qəbul etsə də, Prezident hələ imzalamayıb”.

News365.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, dəyişikliyin yanvarın 1-dən qüvvəyə minməsi Konstitusiyaya ziddir:

“Hər bir halda Qanun dekabrın ikinci yarısında dərc olunacaq. Bu isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85.3-cü maddəsinə ziddir. Həmin maddədə deyilir: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.” Yəni söhbət avtomobillərin idxalından gedirsə, bu, xarici ticarət fəaliyyətidir. Buna görə də dəyişikliyin yanvarın 1-dən qüvvəyə minməsi Konstitusiyaya ziddir. Amma nə edək, qanunların icrası normal olmayan ölkədə onların qəbulundanmı normallıq gözləyəcəyik?”


Sizin reklam burada
Sizin reklam burada