1968-1969-cu illərdə Honkonq qripi pandemiyası zamanı təkcə inkişaf etmiş ölkələrdə təxminən 1 milyon insan ölüb və Yer kürəsindəki hər ikinci insan bu xəstəliyə yoluxmuş idi. Təkcə Qərbi Almaniyada 60.000 insan ölümü barədə qeydlər edilir. Ölüm halları əsasən 65 yaşdan yuxarı insanlar arasında idi. Bu qrip də 1968-ci ilin fevral ayında Çində yaranıb.
Bir sıra ölkələrdə (İngiltərə, Yaponiya, Avstraliya) pandemiyanın residivləri birinci dalğadan daha çox itkiyə səbəb olub. Birinci dalğanın şiddətli olduğu əksər ölkələrdə (ABŞ, Fransa, Almaniya) ikinci və üçüncü dalğalar daha az qurbana səbəb olub. SSRİ hər üç dalğadan az sayda itki ilə sağ çıxması barədə yazılar. Lakin o dövrdə Azərbaycanda da kifayət qədər ölüm halları yayılmış idi.
1968-ci ildə baş verən kütləvi qrip epidemiyası Azərbaycanda limana gələn xarici gəmilərin işçiləri tərəfindən yayıldı. Bakıdan sonra Sumqayıt, Gəncə, Mingəçevir kimi sənaye şəhərlərinə bu virusa görə poliklinikalarda və xəstəxanalarda qrip şöbələri yaradıldı. Vaksinlər barədə o dövrdə danışmaq çətin idi. Qapalı bir ölkə olan sovetlərdə əhalinin qorunması barədə tədbirlər az həyata keçirilirdi.
Virus adətən dörd-beş gün ərzində özünü göstərirdi, lakin bəzən bədəndə iki həftə ərzində asimptomatik olaraq qalırdı. Əsas simptomlar quru, zəiflədici öskürək, bəzən qanlı ifrazat və xəstəliyin ilk günündən yüksək hərarət idi. Bu gün olduğu kimi, ən çox risk altında olanlar 65 yaşdan yuxarı yaşlı insanlar və xroniki xəstəlikləri olanlar idi. Bundan əlavə, Honkonq qripinin ağırlaşmaları ölümə səbəb olurdu.
Əvvəl Bakı və Sumqayıt kimi böyük şəhərlərdə çox adam xəstələndi.Sonra qatarla, avtobusla gedib-gələn insanlar vasitəsilə rayonlara yayıldı.Məktəblərdə və institutlarda dərsləri bir müddət dayandırdılar. Xəstə olanlara deyirdilər ki, evdə qalsınlar. Radio və qəzetlərdə isə dərman kimi türkəçarə metodlar yazılırdı. Yalnız çay, evdən çıxma və isti yemək.
O dövrün həkimlərinin qənaətinə görə virusa qalib gəlmək olurdu, lakin xəstəlikdən sonra yaranan ağrılar azyaşlı və 65 yaş üstün insanları öldürürdü. Lakin çox vaxt “pnevmoniya”, “ürək çatışmazlığı” kimi yazılırdı,“qripdən öldü” deyə ayrıca vurğulanmırdı. Sovetlər bunu belə yazırdılar ki, dünya dövlətləri görsünlər ki, guya onların ərazisində yoluxma yoxdur. “ən güclü səhiyyə sistemi” olan dövlət, “xəstəliklərə qalib gələn cəmiyyət” kimi göstərmək istəyirdi. Kütləvi yoluxma və ölüm rəqəmləri bunu zədələyə bilərdi. Məhz buna görə də o dövrdə Azərbaycanda ölən insanların sayı bilərəkdən gizlədilirdi, eləcə də digər respublikalarda da
Karantin tədbirləri minimal idi: xüsusi bir əmr yalnız əcnəbilərlə təmasda olanlardan - geri qayıdan turistlərdən, restoran və otel işçilərindən və səfirlik işçilərindən maska taxmağı və əllərini yumağı tələb edirdi.
Azərbaycan üzrə ayrıca, detallı rəsmi ölüm rəqəmləri açıq mənbələrdə yoxdur, məlumatlar adətən SSRİ üzrə ümumi göstəricilərə daxil edilmiş idi
Zaur Əliyev, tarixçi