Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı

Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
13:42

Paytaxtın Nəsimi rayonunda bir nəfərə məxsus velosiped oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən News365.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı M.Abiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, zərərçəkən velosipedini rayon ərazisindəki marketlərin birinin qarşısında saxlayıb. Daha sonra ərazidən keçən M.Abiyev velosipedi oğurlayaraq 800 manata satıb.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada