Gəncədə aşığın avtomobili yanıb kül oldu - VİDEO/FOTOLAR

Gəncədə aşığın avtomobili yanıb kül oldu - VİDEO/FOTOLAR
15:30

Gəncə şəhərində avtomobil yanıb.

News365.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil anidən alovlanıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, müdaxilə nəticəsində alov söndürülüb.

Bildirilib ki, yanan avtomobil Gəncədə və bölgədə tanınan aşıq Niyaməddin Qurbanova məxsusdur.

Yunis Quliyev




Sizin reklam burada
Sizin reklam burada