Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq
11:16

Ödənişli yollarda sürət həddi müəyyən edilib.

News365.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.

Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.

Qeyd edək ki, ölkəmizdə avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı ilə müəyyən edilib.

Həmçinin "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il tarixli 5 sentyabr tarixli 309 nömrəli Qərarı qəbul edilib./// Bizim.Media


Sizin reklam burada
Sizin reklam burada