Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsinə çalışır

Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsinə çalışır
15:57

Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi regionda davam edən siyasi gərginlik fonunda diqqət çəkən və simvolik əhəmiyyət daşıyan addımdır.

Bunu News365.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar deyib. Siyasi şərhçi qeyd edib ki, belə bir dövrdə Ermənistanla iqtisadi əlqələrin saxlanıması, humanitar məzmunlu addımların atılması Azərbaycanın regionda sabitlik və əməkdaşlıq modeiini təşviq etmə niyyətinin yüksək olduğunun göstəricisidir:

“Bu cür addımlar göstəriri ki, ölkəmiz regional münasibətlərdə yalnız siyasi deyil, iqtisadi və humanitar proseslər vasitəsi ilə də sabitliyin möhkəmləndirilməsinə çalışır. Azərbaycan uzun illər formalaşdırdığı xarici siyasət xəttində Cənubi Qafqazın sabitlik və əməkdaşlıq məkanına çevirilməsini özünə əsas prioritet götütürb.

Ülviyyə Zülfüqar onu da vurğulayıb ki, bu addım Azərbaycanın sülh gündəliyinə sadiqliyinin göstəricisdir:

“Rəsmi Bakı regionda davamlı sülhün təmin edilməsinin yanlız siyasi proseslərlə deyil, həm də real iqtisadi və komunikasiya ələqələrinin qurulması ilə mümkün olacağını vurğulayıb. Bununla yanaşı Ermənistana məhsulların göndərilməsi kimi addımlar Azərbaycanın əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan yeni mərhələnin qorunması və inkişaf etdirilməsində maraqlı olduğunu göstərir”. 


Sizin reklam burada
Sizin reklam burada