Bir müddət əvvəl İrana getmiş Azərbaycanlı yazıçı Həmid Herisçidən xəbər var.
News365.az xəbər verir ki, ondan bir müddətdir xəbər yox idi.
Bu gün Həmid Herisçi özünün Vatsap hesabında paylaşım edib.
Paylaşımda deyilir ki, Təbrizdə təhlükəli vəziyyət davam edir:
“ABŞ və İran arasında gərginlik fonunda Təbriz ətrafına mərmilər və bombalar düşür. Bəzi məktəb binalarına polis idarələri köçürülüb. Həmçinin xarici vətəndaşların qeydiyyata alındığı məntəqənin də bombalanır. Şəhərdə yaşayan bəzi şəxslər vizalarını belə uzada bilmirlər. Hotellərin pəncərələrindən uzaqdan göyə qalxan tüstü sütunlarını görmək mümkündür”.
Yazıçı qeyd edib ki, buna baxmayaraq, şəhərdə gündəlik həyat müəyyən dərəcədə davam edir: “Müharibə gərginliyi ilə nisbi sakitlik yanaşı müşahidə olunur”.