İran XİN: Biz qonşu ölkələrə hücum etmirik

İran XİN: Biz qonşu ölkələrə hücum etmirik
14:54

İran qonşu ölkələrə hücum etmir və Türkiyəyə hücum etmək üçün də heç bir səbəbi yoxdur.


News365.az Ucnoqta.az-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi A Haber televiziya kanalında bildirib.


"Biz qonşu ölkələrə hücum etmirik, onlara qarşı müharibə aparmırıq və yaxşı münasibətlərimiz var. Burada, bölgəmizdə İslam Respublikasına qarşı təcavüz var. Biz bölgədəki tərəfdaşlarımızla sıx əlaqədəyik və öz mülki əhalimizi qoruduğumuzu açıq şəkildə bildirmişik. Amerika hücumları səbəbindən bunu etməyə məcburuq", - deyə nazir müavini bildirib.


Qeyd edək ki, 5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. İki nəfər hücum nəticəsində xəsarət alıb. Azərbaycan XİN ölkədəki İran səfirini təcili nazirliyə çağırıb.


Sizin reklam burada
Sizin reklam burada