O kəs ki, bilmir və bilmək də istəmir... - Tural İrfan yazır
Cəmiyyət
09:34
Dini camiə əslində iki zümrədir: ağıla və nağıla əsaslananlar. Birinci, beynindəki şübhələri araşdırır, oxuyur, düşünür, ölçür-biçir, sübut edir və inanır. İkinci isə sadəcə uşaqlar nənələrinə qulaq asdığı kimi nağılçılara qulaq asır, dərhal inanır, düşünmür, düşünməyi də haram hesab edir.
O şəxs ki, bilmir, amma bilmək istəyir, onu anlatmaq mümkündür. Lakin o kəs ki, bilmir və bilmək də istəmir; ona lap Peyğəmbərin özü də gəlsə anlatmaq mümkün deyil.
Araşdırıb inanmaqla, inanıb araşdırmağın fərqi çoxdur. Araşdırıb inanan həqiqəti tapır. İnanıb sonra araşdıran isə artıq həqiqəti axtarmır, inandığına "dəlil - sübut" döşürür...