Nüvə yaratmalıyıq ki, Qərblə danışa bilək - Osmani

Nüvə yaratmalıyıq ki, Qərblə danışa bilək - Osmani
06 Apr 2025 18:59

İran nüvə silahı hazırlamaq yolunu tutmalıdır ki, Qərblə bərabər şərtlərlə danışıqlar apara bilsin.


News365.az xəbər verir ki, bunu iranlı deputat Məhəmməd Qasım Osmani deyib.


“Hərbi münaqişədən qaçmaq ağlabatan və məntiqlidir, lakin qlobal təkəbbür bizə başqa seçim qoymadı. Əgər zorakılıqla və həddindən artıq tələblərlə mübarizə aparmaq üçün başqa vasitəmiz yoxdursa, yeganə yol çəkindirici vasitə kimi nüvə silahının yaradılması istiqamətində sürətli addımdır”, - deputat bildirib.



Sizin reklam burada
Sizin reklam burada