İran-Azərbaycan əlaqələrinə mane olan qüvvələr və Pezeşkianın mövqeyi

İran-Azərbaycan əlaqələrinə mane olan qüvvələr və Pezeşkianın mövqeyi
11:24

Azərbaycan-İran münasibətləri son dövrlərdə həm iqtisadi, həm də siyasi sahədə diqqət mərkəzindədir. Lakin bu əlaqələrin inkişafına qarşı olan müəyyən daxili qüvvələr də mövcuddur.

Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında bildirib ki, İranın mühafizəkar dairələrinə yaxın media qurumları Azərbaycana qarşı qərəzli və böhtan xarakterli xəbərlər yaymaqda davam edir.


Deputat qeyd edib ki, bu, ilk dəfə baş vermir və SEPAH-ın nümayəndələri, eləcə də İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin açıqlamaları ilə də müşahidə olunur.

"Son günlər bu dairələr Azərbaycana qarşı yeni bir dalğa başlatmış, Azərbaycan-İsrail münasibətlərini təhrif edərək, uydurma ittihamlar irəli sürüblər. Hətta İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri belə bu qüvvələr tərəfindən tənqid olunur. Deputat vurğulayıb ki, bu qaragüruh dairələrinin məqsədi İran-Azərbaycan münasibətlərini pozmaqdır, halbuki İranın dövlət maraqları qonşu Azərbaycanla əməkdaşlığın inkişafını tələb edir."

Ceyhun Məmmədov əlavə edib ki, Pezeşkianın siyasəti İranı açıq, qonşuları ilə iqtisadi və diplomatik əlaqələrini genişləndirən bir ölkəyə çevirməkdir. Bu isə SEPAH və mühafizəkar dairələrin maraqlarına ziddir. Onlar ölkənin qapalı qalmasını və qonşularla əlaqələrin minimal səviyyədə olmasını istəyirlər. Eyni zamanda, İranda çoxlu azərbaycanlıların yaşaması da münasibətlərin inkişafını zəruri edir.

"Prezident Pezeşkian bu qüvvələrə qarşı sərt tədbirlər görmür, çünki ölkədə əsas hakimiyyət ali dini liderdədir və onun razılığı olmadan ciddi cəzalar tətbiq etmək çətindir. Buna görə yaxın vaxtlarda ciddi addımlar gözləmək düzgün deyil. Lakin Pezeşkian Azərbaycanla münasibətləri yaxşılaşdırmaq siyasətindən geri çəkilmir və bu mövqe İranın qonşularla əlaqələrinin inkişafında mühüm rol oynayır."


Sizin reklam burada
Sizin reklam burada