Netanyahu üçün əsas məqsəd qələbədir, beynəlxalq təzyiq önəmli deyil – Rüstəm Tağızadə

Netanyahu üçün əsas məqsəd qələbədir, beynəlxalq təzyiq önəmli deyil – Rüstəm Tağızadə
08 Sen 2025 16:00

İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzzada aparılan hərbi əməliyyatlar davam edəcək və əsas məqsəd qələbə əldə etməkdir.

Politoloq Rüstəm Tağızadə açıqlamasında News365.az-a qeyd edib ki, Netanyahu üçün dünya mediasının və beynəlxalq ictimaiyyətin fikirləri prioritet deyil. Baş nazirin hədəfi Qəzzadakı vəziyyətdə qələbəni təmin etməkdir.

Tağızadə həmçinin bildirib ki, əvvəlcə əməliyyatlarda İranın rolu daha çox vurğulanırdı, lakin hazırda bu fakt açıqlanmır. Onun sözlərinə görə, əsas məsələ İsrailin daxili ictimai təzyiq və hökumətə olan tələblərlə bağlıdır: əhali və yaxınları hərbi əməliyyatların davam etməsini tələb edir.

Beləliklə, Netanyahu hökumətinin açıqlamaları və əməliyyatların davam etməsi İsrailin Qəzza siyasətinin strateji hədəflərini əks etdirir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada