Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov

Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:20

Nərimanın əvəzinə başqa oyunçu olmayacaq.

News365.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah “Nyukasl”la baş tutacaq oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistin “Nəriman Axundzadə siyahıda yoxdur, əlavə kimisə sifariş etmək olarmı?” sualını cavablayarkən deyib.

“Xeyr, bu oyunda olmayacaq. Onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik”, - Qurbanov deyib.

Qeyd edək ki, sabah Bakıda pley-off mərhələsində “Qarabağ” - “Nyukasl” matçı keçiriləcək


Sizin reklam burada
Sizin reklam burada