Livanda üç BMT sülhməramlısı yaralanıb

Livanda üç BMT sülhməramlısı yaralanıb
21:20

Ədisə sərhəd bölgəsində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) müşahidə məntəqəsi atəşə tutulub və nəticədə üç sülhməramlı yaralanıb.

News365.az xəbər verir ki, bu barədə UNIFIL sözçüsü Kendis Ardell məlumat verib. 

"Hər üç hərbçi xəstəxanaya aparılıb, onlardan ikisi ağır vəziyyətdədir", - o deyib. 

Onun sözlərinə görə, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən postda baş verən yanğının səbəbini araşdırır.


Sizin reklam burada
Sizin reklam burada