İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib

İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
03 Apr 2026 20:00

İsrail Livanın Beyrut şəhərində Hizbullahın hədəflərinə qarşı yeni zərbələr dalğasına başlayıb. 

News365.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. 

Ordu həmçinin mülki əhalini zərbə endirilən əraziləri tərk etməyə çağırıb.

Qeyd edək ki, son bir ay ərzində IDF Beyrutun cənub ətraflarında Hizbullaha məxsus onlarla hədəfi vurub.


Sizin reklam burada
Sizin reklam burada