Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı

Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı
14:13

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klnik Xəstəxanasından evə buraxılıb.

News365.az xəbər verir ki, bu barədə APA-ya Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib.

" Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə Xalq şairinin köməkçisi bildirib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.


Sizin reklam burada
Sizin reklam burada