Nemtsovun qətlində təqsirli bilinən şəxs Çeçenistana göndərildi

Nemtsovun qətlində təqsirli bilinən şəxs Çeçenistana göndərildi
19 Mar 2025 09:22

Məşhur rus siyasətçi Boris Nemtsovun qətli işi üzrə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Həmzət Baxayev məhkəmə vasitəsilə Çeçenistandakı cəzaçəkmə koloniyasına köçürülməsinə nail olub. Bu barədə Rusiya mediası məhkəmə sənədlərinə istinadən məlumat yayıb.


Baxayev Nemtsova sui-qəsddən sonra silahdaşlarını məlumatlar ötürməkdə və onları gizlətməkdə təqsirli bilinir.


Məhkum Federal Penitensiar Xidmətdən onu başqa bölgəyə, evinə və ailəsinə yaxın olan koloniyaya köçürməyi xahiş etsə də, qurum bundan imtina etmişdi. 

"Baxaev məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. İddiaçı Kirov rayonundakı islah müəssisəsində olmasını onu həyat yoldaşı, uşaqları, qardaşı və bacısı ilə şəxsi əlaqələr saxlamaq imkanından məhrum etməsi ilə əlaqələndirib", - "Gazeta" yazıb.

2015-ci il fevralın 27-də Boris Nemtsov Bolşoy Moskvoretski körpüsündə güllələnərək öldürülüb. Qatillər maşınla ona yaxınlaşıb və uzaq məsafədən atəş açıblar. Onlar ən azı altı güllə atıblar. Güllələrdən dördü 55 yaşlı siyasətçiyə dəyib. O, hadisə yerində dünyasını dəyişib.

2017-ci ildə Nemtsovun qətlində təqsirli bilinən 5 nəfərə: Zaur Dadaev, Anzor və Şadid Qubaşevlər, Temirlan Eskerxanov və Həmzət Baxayevə cəza verilib. Onlar 11 ildən 20 ilədək həbs cəzası alıblar.

Tural


Sizin reklam burada
Sizin reklam burada