Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba aşkar edildikdən sonra 8 minə yaxın insan təxliyə edilir. Bu barədə Almaniya şəhərinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, partlamamış mərmi aprelin 17-də Köln şəhərinin Sülze bələdiyyə rayonunda aparılan tikinti işləri zamanı aşkar edilib.
"Bu, yavaşıdılmış qoruyucuya malik beş sentnerlik bombadır. Aviasia bombası bu gün zərərsizləşdirilməlidir... Təxminən 7,800 nəfər təxliyə edilir", - şəhər rəhbərliyi bildirib.
Bombanın aşkar edildiyi yerdən 500 metr radiusda olan bütün insanların təxliyəsi planlaşdırılır. Burada həm də şəhərin ən hündür binalarından biri olan 45 mərtəbəli Uni-Center yerləşir. İctimai nəqliyyat da müvəqqəti olaraq dayandırılacaq.
Tural