Narkotik maddələr orqanizmə bu yollarla daxil olur

Narkotik maddələr orqanizmə bu yollarla daxil olur
04 İyn 2025 15:28

“Narkotik maddələr insan orqanizminə müxtəlif yollarla daxil olur”.

News365.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov deyib.

Onun sözlərinə görə, bu yollara çəkmə, iyləmə, udma və inyeksiya aiddir.

F.Sadıqov bildirib ki, bəzi maddələr əsasən çəkmə yolu ilə istifadə olunur.

"Bu zaman narkotik maddə bronxlar və ağciyərlər vasitəsilə orqanizmə daxil olur, daha sonra isə qan dövranı ilə mərkəzi sinir sisteminə çataraq beyinə təsir göstərir".

Dediyinə görə, narkotikin bədənə inyeksiya şəklində daxil olması bədəndə infeksiyaların yaranmasına səbəb olur.


Sizin reklam burada
Sizin reklam burada