Der Floh" qəzeti Nəsrəddin Şah Qacarın Avropaya ilk səfərindən yazıb
Aktual
17 İyl 2025 15:43
1873-cü ildə Avstriyanın o dövr üçün məhşur qəzeti olan "Der Floh" qəzeti Nəsrəddin Şah Qacarın Avropaya ilk səfərindən bir maraqlı yazı dərc edir.
Qeyd edim ki, Vyanada “Qacar Evi” sərgisində Dövləti-Qacariyyənin son nailiyyətlərindən ibarət pavilyon təqdim edib.
Qəzet yazır:
" Bizə məlum olur ki, Nəsrəddin Şah Qacar Vyanada sərgidən sonra zərgərlik dükanlarına və restoranlarına gedib və onlara borcu yaranıb. Şah şərqli kimi düşünüb ki, qonaq nə yeyirsə və nə alırsa onun hesabını ev sahibi ödəyəcək. Avstriya monarxının qonağı olan Şah xərclərinin də onun tərəfindən ödəniləcəyini sadəlövhcəsinə güman edərək ödəmədən gedib. Ancaq Şah unudur ki, burada alman üsuludur və hər kəs aldığı və yediyinin hesabını özü ödəməlidir. "