İyulun 21-də Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışda olan 5 nəfər müəyyən edilərək tapılıb.
News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Onların hamısı müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib.