Bahar Muradova jurnalistləri təbrik etdi

Bahar Muradova jurnalistləri təbrik etdi
11:40

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

News365.az xəbər verir ki, o, Azərbaycan mediasının milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi və ictimai maarifləndirmə sahəsində mühüm rol oynadığını vurğulayıb. Muradova medianı “fikir əsgərləri” adlandıraraq onların dövlət və cəmiyyət naminə fəaliyyətini yüksək qiymətləndirib.

Komitə sədri Prezident İlham Əliyevin media nümayəndələrini təltif etməsini dövlətin bu sahəyə verdiyi önəmin təzahürü kimi dəyərləndirib.


Sizin reklam burada
Sizin reklam burada