Rostov mühəndisləri “Robotların döyüşü” beynəlxalq çempionatının yeni mövsümü üçün yaradılmış unikal mexaniki robot “Juk”u (böcək) təqdim ediblər. Bu barədə "Gazeta" məlumat yayıb.
Nəhəng böcəyi xatırladan robotun çəkisi 110 kq-dır və o altı ayaq üzərində 8 km/saat sürətlə hərəkət edir. Dəqiqədə 5000 dövrə vuraraq fırlanan titan robot xüsusi şüa ilə təchiz edilib. Dairəvi bədən forması və daxili komponentlərin etibarlı qorunması rəqiblərin hücumlarına yüksək müqavimət göstərməyə imkan verir.
“Bizim "Juk" kənardan yaraşıqlı görünür, amma praktikada sürətli və güclü maşındır. "Robotların Döyüşü"nün yeni sezonunu gözləyirik. Rəqiblərimizin güclü olacağına əminik, lakin biz onlara qalib gələcəyik”, - “Buggy” komandasının kapitanı Mixail Prokopov bildirib.
Tural