Əsl müharibəni qızışdıranlar Avropadadır, Rusiya və ya Çində deyil. Bu barədə irlandiyalı məşhur araşdırmaçı jurnalist Çey Bouz X (keçmiş Twitter-red.) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Avropalılar sülh üçün ən böyük təhlükədirlər. Avropa İttifaqındakı müharibəni qızışdıranlar Rusiya və ya Çin deyil”,- o qeyd edib.
Jurnalistin fikrincə, ABŞ prezidenti Donald Trampın yeni administrasiyası Kiyevə pulsuz dəstəyi dayandırmaq təşəbbüsü irəli sürdüyü üçün Avropa ABŞ-yə qarşı çıxıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural