Bu gün bir qrup müharibə veteranı Şəhidlər xiyabanını ziyarət edib.
News365.az xəbər verir ki, ziyarət zamanı veteranlar torpaqların azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Veteranlar xiyabanda yerləşən məzarları bir-bir dolaşaraq şəhidlərin fotoları önünə gül dəstələri düzüb, onların ailələrinə və bütün Azərbaycan xalqına səbir diləyiblər.
Ziyarət iştirakçıları bildiriblər ki, Azərbaycan şəhidlərinin fədakarlığı heç vaxt unudulmayacaq və müharibə iştirakçıları onların mirasına daim sahib çıxacaqlar.