Şimali Kiprdə sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB

Şimali Kiprdə sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB
30 Avq 2026 17:19

Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.

News365.az-ın "NTV Türkiyə"yə istinadən xəbərinə görə, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.

Hazırda hadisə yerində 23 nəfərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir.


15:49

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmidən 159 nəfərin xilas edildiyi açıqlanıb.

News365.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.

M.Şenkul 159 nəfərin xilas edildiyini qeyd edib.

"Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünlerin Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - mer bildirib.


Sizin reklam burada
Sizin reklam burada