Argentina millisinin ulduzu "Çelsi"də

Argentina millisinin ulduzu "Çelsi"də
13:47

Argentina millisinin qapıçısı Emiliano Martines "Çelsi"yə transfer olunub.

News365.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı qapıçı ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Martines 2020-ci ildən "Aston Villa"nın formasını geyinirdi. O, komandanın heyətində 256 matçda meydana çıxıb, 305 qol buraxıb və 80 görüşdə qapısını toxunulmaz saxlayıb.

"Transfermarkt" Emiliano Martinesin transfer dəyərini 10 milyon avro qiymətləndirir.


Sizin reklam burada
Sizin reklam burada