2025-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə istifadə olunan vəsaitin miqdarı açıqlanıb.
News365.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2025-ci ilin dövlət büdcəsində prioritet xərclər sırasında olub.
Vurğulanıb ki, bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə 8 068 milyon manat vəsait ayrılıb ki, bu da 2024-cü illə müqayisədə 1 505.8 milyon manat və ya 22.9% çoxdur.
Bildirilib ki, hesabat ilində xüsusi müdafiə təyinatlı layihələrə və tədbirlərə dövlət büdcəsindən 4 580 milyon manat məbləğində vəsait yönləndirilib ki, bu da 2024-cü illə müqayisədə 1 187.1 milyon manat və ya 35% çoxdur.