Türkiyədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki,16 yaşlı Zeynep Su Acar dostu, 18 yaşlı Ercan A.-nın idarə etdiyi motosikletlə evə qayıdarkən qəza baş verib.
İdarəetmədən çıxan motosiklet aşıb və körpünün dayağına çırpılıb.
Nəticədə Zeynep Su Acar hadisə yerində həyatını itirib.
Ağır xəsarət alan sürücü Ercan A. isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.