Moskvada saxlanılan ABŞ-li yazıçı: "Polisi döyməmişəm!"

Moskvada saxlanılan ABŞ-li yazıçı: "Polisi döyməmişəm!"
23 Mar 2025 11:40

ABŞ vətəndaşı olan Cozef Tater Moskvanın Radisson Blu Olimpiyskiy otelində saxlanıldıqdan sonra hüquq-mühafizə orqanının əməkdaşına hücum etmədiyini bildirib. Bu barədə Rusiya mediası insidentlə bağlı açılmış cinayət işinin materiallarına istinadən xəbər yayıb.


Sənədlərdə deyilir ki, Tater cinayətin törədilməsinə görə təqsirli olduğunu etiraf etmir.


Məqalədə qeyd edilib ki, amerikalı sadəcə rus polisləri ilə ünsiyyətdə, kommunikasiya qurmaqda çətinlik çəkdiyini bildirib: "Həmin şəxsin sözlərinə görə, istintaq hərəkətləri zamanı prosesdə peşəkar tərcüməçinin iştirak etməməsi onunla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşılıqlı anlaşılmazlıq yaradıb".


Əcnəbi qeyd edib ki, o, yazıçıdır və “The Lost Art of Eye Foreplay” kitabının müəllifidir. Kitab nəşr olunandan sonra o, tez bir zamanda ABŞ-ni tərk etməli və Rusiya Federasiyasından siyasi sığınacaq istəməli olub. Tater hər kəsi əmin edib ki, Radisson Blu Olimpiyskidəki insidentlə bağlı məhkəmə prosesi başa çatdıqdan sonra o, Moskvada qalmaq istəyəcək.

Xatırladaq ki, 2024-cü ilin avqustunda Tater turizm məqsədilə Rusiya paytaxtına uçub. O, “Radisson Blu Olimpiyski” otelinə daxil olmağa çalışıb, lakin qeydiyyatdan keçən zaman otel işçiləri ona miqrasiya kartının olmadığını bildiriblər. Bundan sonra otelə gələn polis əməkdaşları ABŞ vətəndaşını bölməyə aparıblar. Burada o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə başlayıb və onlardan birini vurub.

Tural


Sizin reklam burada
Sizin reklam burada