Urbanizasiya beynəlxalq münasibətlərin strukturunu dəyişdirir və şəhərlərin rolunu artırır.
News365.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində çıxış edən Moskva rəsmisi Tatyana Naumova bildirib.
Onun sözlərinə görə, yaxın illərdə dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq, şəhərlər isə artıq iqtisadi və innovasiya mərkəzlərinə çevrilib.
Moskvanın 150-dən çox ölkə ilə əməkdaşlıq etdiyi, şəhərsalma, nəqliyyat və texnologiya sahələrində 200-dən artıq layihə həyata keçirdiyi qeyd olunub.
Bildirilib ki, şəhərin əsas prioriteti isə dayanıqlı inkişaf və “ağıllı şəhər” modelləridir.