Məşhur aktrisa Monika Belluççi və Vinsent Kasselin qızı Deva Kassel şou saytlarının gündəminə çevrilib. Buna səbəb Devanın sevgilisi Saul Nanni ilə sinəsi açıq köynəkdə ictimaiyyət qarşısına çıxması olub. Bununla bağlı fotolar İnstaqramda yayılıb.
Deva Kassel və Sol Nanni Romada "The Leopard" serialının fotokollesinə qatılıblar.
"20 yaşlı model düyməsiz ağ köynək, ona uyğun şalvar kostyumu və kameralar qarşısına keçib. Monikanın gözəl qızına ideal makiyaj edilib", - "Gazeta" yazıb.
Cütlüyün sevgi romanına başlaması ilə bağlı şayiələr hələ 2023-cü ilin oktyabrında ortaya çıxmışdı. Daha sonra Sol Nanni sosial şəbəkələrdə modellə birgə fotosunu yaydı. Şəkildə o, Deva Kasselin boynundan öpürdü. Bu fotodan sonra Monika Belluççi və Vinsent Kasselin qızı yayılan dedi-qoduları təsdiqlədi.
Tural