"Milləti güclü edən sərvət deyil, tarixi şəxsiyyətdir"- Deputat

"Milləti güclü edən sərvət deyil, tarixi şəxsiyyətdir"- Deputat
13:03

"Azadlıq = Xalq + şəxsiyyət. Şəxsiyyətsiz azadlıq olmaz. Bu fikir Heydər Əliyevin yanaşmasını təsdiqləyir. Türkiyə deyəndə biz Mustafa Kamal Atatürkü xalqla birlikdə göz önünə gətiririk. ABŞ deyəndə Corc Vaşinqton yada düşür. Asiyaya keçdikdə Hindistanda Mahatma Qandi, demək olar ki, müasir dövrdə isə Çində xalqın inkişafı və güclənməsi istiqamətində liderlik amili xüsusi rol oynayıb".

News365.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fəzail İbrahimli səsləndirdi.

O deyib ki, Azərbaycanda isə wmummilli lider Heydər Əliyevi dünyanın böyük dövlətlərinin liderləri ilə müqayisə edə bilərik:

"Ərazisi kiçik olan bir Azərbaycan üçün buradan çıxarılan nəticə budur ki, milləti və dövləti dünyada tanıdan nə əhalinin sayı, nə yerüstü və yeraltı sərvətlər, nə də böyük ərazidir. Yalnız o tarixi şəxsiyyətlərdir ki, milləti tarixin bütün keşməkeşlərindən keçirərək onu bütövlüyünə, varlığına və müstəqilliyinə qovuşdurur. Ümummilli lider məhz belə tarixi şəxsiyyətlərdəndir. Bir məqamı da qeyd edim. Böyük dövlətlərin daxili problemləri var idi və həmin problemlərin həlli istiqamətində tarixi şəxsiyyətlər yetişdi. Türkiyə bölünmə təhlükəsi ilə üz-üzə idi, Atatürk buna imkan vermədi. Amma Azərbaycana nəzər salaq: ölkənin geosiyasi mövqeyi, böyük dövlətlərin maraqları və bu maraqların toqquşması fonunda güclü olmaq məhz tarixi liderlik tələb edirdi. Şimaldan, cənubdan, şərqdən, qərbdən uzanan təzyiqlər qarşısında dayanmaq, həmin çağırışlara cavab vermək məhz Heydər Əliyevin liderliyi ilə mümkün oldu. Nəticə etibarilə, bu mənfur yanaşmaları rədd edərək Azərbaycanı dünyada tanıdan və onu güclü dövlətə çevirən məhz ümummilli lider səviyyəsində olan tarixi şəxsiyyətdir".


Sizin reklam burada
Sizin reklam burada