"Zəfər təhsili qurmalıyıq"- Təhsil ekspertindən TƏKLİF

"Zəfər təhsili qurmalıyıq"- Təhsil ekspertindən TƏKLİF
12:47

Müasir dövrdə təhsil sisteminin inkişafı və gənclərin beynəlxalq arenada uğurları ilə bağlı məsələlər cəmiyyətdə geniş müzakirə olunur.

Mövzu ilə bağlı təhsil eksperti Etibar Əliyev TV365 kanalında çıxış edərək təhsildə yeni yanaşmaların vacibliyini vurğulayıb.

News365.az xəbər verir ki, ekspert bildirib ki, Azərbaycan artıq yeni mərhələyə qədəm qoyub və təhsil sistemi də bu reallığa uyğun şəkildə yenilənməlidir. Onun sözlərinə görə, məktəbəqədər təhsildən başlayaraq ali təhsilə qədər “zəfər təhsili” konsepsiyası formalaşdırılmalıdır.

Etibar Əliyev qeyd edib ki, ölkənin qazandığı tarixi uğurlar təhsil sahəsində də daha yüksək hədəflər qoymağı zəruri edir. O bildirib ki, gənclərin beynəlxalq bilik yarışlarında və olimpiadalarda daha aktiv iştirak etməsi prioritet olmalıdır.

Ekspert əlavə edib ki, qonşu ölkələrin əldə etdiyi nəticələr Azərbaycanda da motivasiya mənbəyi kimi dəyərləndirilməlidir. Onun fikrincə, məqsəd yalnız iştirak deyil, həm də qalibiyyət mədəniyyətinin formalaşdırılması olmalıdır.

Etibar Əliyev vurğulayıb ki, təhsil sistemi yeni dövrün çağırışlarına uyğun qurulmalı və uşaqların potensialı daha səmərəli şəkildə inkişaf etdirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada