Ermənistanda seçki mübarizəsi kəskinləşir

Ermənistanda seçki mübarizəsi kəskinləşir
12:26

Ermənistanda yaxınlaşan seçkilər və siyasi proseslər fonunda mövcud vəziyyət və tərəflər arasındakı qarşıdurmalar yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlama verərək regiondakı siyasi mənzərəni şərh edib.

O bildirib ki, Ermənistana ünvanlanan mesajlar bəzən sadəcə xəbərdarlıq xarakteri daşımır, eyni zamanda real vəziyyətin və mövcud problemlərin açıq şəkildə ifadəsidir. 

Deputatın sözlərinə görə, hazırkı mərhələdə seçki prosesi iki əsas düşərgə arasında gedir və bu, ölkə daxilində siyasi qütbləşməni daha da gücləndirir.

Azər Allahverənov qeyd edib ki, Ermənistanda mövcud siyasi vəziyyət cəmiyyət daxilində ciddi fərqliliklərin və ziddiyyətlərin olduğunu göstərir. Onun fikrincə, bu proseslər seçkiöncəsi siyasi dinamikanı daha da kəskinləşdirir.

Deputat əlavə edib ki, tərəflər arasında davam edən mübarizə yalnız siyasi rəqabət deyil, həm də ölkənin gələcək istiqamətinə təsir edəcək strateji seçimdir. O vurğulayıb ki, Ermənistandakı daxili siyasi proseslər regiondakı ümumi vəziyyətə də təsirsiz ötüşmür.

Sonda o qeyd edib ki, hazırkı gedişat Ermənistanın gələcək siyasi kursunun hansı istiqamətə yönələcəyini daha aydın şəkildə göstərəcək.


Sizin reklam burada
Sizin reklam burada