Mirzoyan hindistanlı həmkarı ilə regionu müzakirə edib

Mirzoyan hindistanlı həmkarı ilə regionu müzakirə edib
09 Avq 2025 22:00

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

News365.az xəbər verir ki, bu barədə Ermənistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hindistanın xarici işlər naziri ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.

“Nazirlər ikitərəfli əsasda və beynəlxalq platformalarda tərəfdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - məlumatda deyilir.


Sizin reklam burada
Sizin reklam burada