Mirşahin Ağayevin qardaşı həbs edildi - FOTO

Mirşahin Ağayevin qardaşı həbs edildi - FOTO
17 Apr 2025 14:43

Real TV-nin direktoru Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev həbs edilib.

Məlumata görə, o, dələduzluqda ittiham olunur.

Yaxınlarının verdiyi məlumata görə, M.Ağayev mart ayında atasının yas mərasimi zamanı saxlanılıb:

“Məhkəmə davam edirdi, lakin o, azadlqıda idi”.

M.Ağayev həkim olduğu üçün əvvəllər əlillik pensiyası alan, lakin sonradan imtina cavabı verilən şəxslərə müəyyən ödəniş müqabilində əlilliyi bərpa edəcəyinə söz verib:

“O, hətta kömək edəcəyinə söz verərək, qohumundan pul alıb, lakin aldığı pulu öz müalicəsinə xərcləyib”.

Ağayev Kürdəxanıda, Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsində saxlanılır. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.



Sizin reklam burada
Sizin reklam burada