Mingəçevirdə yaşayış binasında yanğın baş verb.
News365.az xəbər verir ki, yanğın az öncə 20 Yanvar küçəsi 23 saylı binanın dördüncü mərtəbəsindəki mənzillərdən birində baş verib.
Hadisə yerinə FHN-nin yanğınsöndürmə və həkim briqadası cəlb olunub.
İlkin məlumata görə, mənzil və blokdakılar təhlükəsiz əraziyə çıxarılıb.
Hazırda yanğın ocağının söndürülməsi üçün yanğınsöndürənlər tərəfindən müvafiq addımlar atılır. Faktla bağlı araşdırma başlanıb.