Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı

Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
10:54

Avqustun 2-si dənizdə batan Ruslan Rafiq oğlu Həmidovun meyiti tapılıb.

News365.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

“Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.

Xatırladaq ki, 2 gün əvvəl dənizdə nəzarətsiz ərazidə 3 nəfər - 2 qardaş və bacı batıb. 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.


Sizin reklam burada
Sizin reklam burada