Azərbaycanda
dövlət idarəetmə strukturlarında mütəmadi olaraq kadr islahatları aparılır.
Bunun nəticəsidir ki, bir sıra yüksək vəzifələri tutan məmurlar vəzifələrindən
azad olunublar. Onlardan bəziləri başqa vəzifələrə təyin olunsalar da, birdəfəlik
kreslosu ilə vidalaşanlar da az deyil.
Maraqlıdır ki, bir sıra məmurlar vəzifələrindən azad edilsələr də, onların
yerinə hələlik təyinat olmayıb.
News365.az boş qalan məmur
kreslolarının siyahısını təqdim edir:
Naxçıvan MR
Ali Məclisinin sədri
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin kreslosu da bir neçə ildir
ki, boşdur. Vasif Talıbov 21 dekabr 2022-ci il tarixdə bu vəzifədən istefa verib.Artıq 4 ilə yaxındır ki, bu vəzifə
öz sahibini gözləyir.
Qeyd edək
ki, hazırda Ali Məclisin sədri vəzifəsini sədrin birinci müavini Bəxtiyar Məmmədov
icra edir.
Qaradağ
rayon İcra Hakimiyyəti
Bakı şəhəri
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən
azad edilməsindən altı ay ötür. 2026-cı il yanvarın 30-da Prezident İlham
Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən 64 yaşlı sabiq icra başçısından
sonra rayona hələ də yeni rəhbər təyin olunmayıb. Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti
başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov icra edir.
Gədəbəy
rayon İcra Hakimiyyəti
2022-ci ilin
avqustunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Orxan Mürsəlov
ötən ilin noyabrında Göyçay Rayon İcra Hakimiyyətinə başçı göndərilib. Hazırda
Gədəbəydə icra başçısı vəzifəsini birinci müavin Natiq Nağıyev icra edir.
Sədərək rayon İcra Hakimiyyəti
Ölkə başçısının sərəncamına əsasən Naim
Etibar oğlu Cahidzadə 4 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə hələlik
təyinat yoxdur..
Naftalan şəhər
İcra Hakimiyyəti
Ötən ilin
noyabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl
Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəhərə hələlik yeni rəhbər təyin
olunmayıb. İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti olaraq
başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı
şöbəsinin müdiri Məmmədov Arzu Alay oğlu icra edir.
Ağdərə rayon
İcra Hakimiyyəti
2023-cü il
dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti
yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin
təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin
olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə
hələlik başçı təyin olunmayıb.
Dövlət Dəniz
Akademiyasının rektoru
Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır.
Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən
sonra vəzifəsindən azad edilib. Qüdrət Qurbanov əvəz edir.
Naxçıvan Müəllimlər
İnstitutunun rektoru
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı
seçildiyi üçün vəzifəsini itirib. O, oktyabrın 27-də vəzifəsindən
azad edilib.
News365.az