Bakı metropoliteninin gələcək inkişafını müəyyən edəcək ən mühüm layihələrdən biri olan Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start veriləcək.
News365.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, layihə paytaxt metrosunun fəaliyyətinin daha səmərəli təşkili, qatarların hərəkət intervalının azaldılması və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi daşıyır. Dominos pizza
Qurumun yaydığı videotəqdimatda layihənin həyata keçirilməsinin məqsədi, görüləcək tikinti işləri, tikinti müddətində ictimai nəqliyyatın necə tənzimlənəcəyi, eləcə də Qırmızı və Yaşıl xətlərin ayrılmasının sərnişinlər üçün yaradacağı üstünlüklər barədə ətraflı məlumat verilir.