Türkiyə gəmilərinə Qara dənizdə dron hücumu: Yaralılar var

Türkiyə gəmilərinə Qara dənizdə dron hücumu: Yaralılar var
14:40

Türkiyəyə məxsus mülki gəmilər Qara dənizdə dron hücumuna məruz qalıb.

News365.azxəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Türkiyə şirkətlərinə məxsus "Yaşar" və "Nadezhda" adlı gəmilər avqustun 3-də Novorossiysk limanından ayrıldıqdan sonra dron hücumunun hədəfinə çevrilib.

Hücum nəticəsində Türkiyə vətəndaşlarının da olduğu ekipaj üzvlərindən bir neçəsi xəsarət alıb. Nazirlik yaralıların vəziyyətinin diqqətlə izlənildiyini qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada