"Yaş Artdıqca Reaksiyalar Və Sağlamlıq Dəyişir" - Sürücülərə Vacib Xəbərdarlıq

"Yaş Artdıqca Reaksiyalar Və Sağlamlıq Dəyişir" - Sürücülərə Vacib Xəbərdarlıq
12:51

Sürücülük vəsiqələrinin müəyyən istifadə müddəti ilə məhdudlaşdırılması və mütəmadi yenilənməsi sürücülər arasında zaman-zaman müxtəlif suallar doğurur. Lakin bu qayda yalnız inzibati prosedur deyil, həm də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında mühüm mexanizmdir.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sürücülük vəsiqələrinin müddətli olması həm yol hərəkəti təhlükəsizliyi, həm də şəxsin düzgün identifikasiyası baxımından mütləq zərurətdir.

Ekspertin sözlərinə görə, illər keçdikcə insanların həm vizual görünüşündə, həm də fiziki imkanlarında ciddi dəyişikliklər meydana gəlir:

"Yaş artdıqca insanın üz cizgiləri müəyyən transformasiyaya uğrayır, eyni zamanda reaksiyaları vəümumi sağlamlıq göstəriciləri əvvəlki kimi qalmır. Məhz bu səbəbdən sürücülük vəsiqələrinin hər 10 ildən bir yenilənməsi tələb olunur. Ehtiyac olduqda sənəddəki fotoşəkil və məlumatlar da yenilənir. İnsan zamanla dəyişdiyi üçün onun sürücülük sənədinin də müəyyən vaxtdan bir yenilənməsi tamamilə məqsədəuyğundur."

Eldəniz Cəfərov vurğulayıb ki, sürücülük vəsiqələrinin mütəmadi olaraq dəyişdirilməsi nəzarət orqanlarına sürücünün cari sağlamlıq vəziyyətini (məsələn, görmə qabiliyyəti və ya digər kritik faktorları) yenidən qiymətləndirmək imkanı verir. Bu da öz növbəsində yollarda baş verə biləcək bədbəxt hadisələrin qarşısını almağa xidmət edir.


Sizin reklam burada
Sizin reklam burada