Metronun yanındakı binada yanğın başlayıb - FOTO

Metronun yanındakı binada yanğın başlayıb - FOTO
30 Okt 2024 16:00

Paytaxtın Xətai rayonunda yaşayış binasında yanğın başlayıb. 

News365.az xəbər verir ki, yanğın "Həzi Aslanov" metrosunun yaxınlığında yerləşən çoxmərtəbəli binadakı mənzillərdən birində baş verib.   

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadaları cəlb olunub. 

Yanğının söndürülməsi istiqamətində işlər görülür. 


Sizin reklam burada
Sizin reklam burada